“Ölkələr vəzifənin öhdəsindən gəldi” - Quterreş

olkeler-vezifenin-ohdesinden-geldi
Oxunma sayı: 2221

“COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur”.

“Qafqazinfo” xəbər verir ki, bu, BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilib.

“COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir”.