Paşinyan Aİ səfirləri ilə görüşdü

pasinyan-ai-sefirleri-ile-gorusdu
Oxunma sayı: 1421

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı və Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş iştirakçıları respublika ilə Aİ arasında əməkdaşlıq məsələlərini, eləcə də birgə proqramları, xüsusən Ermənistanda islahatların gündəliyini müzakirə ediblər.

“Cənubi Qafqaz regionunda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb”, - mətbuat xidmətindən bildirilib.

Görüş iştirakçıları həmçinin regional təhlükəsizlik məsələlərini və Azərbaycan- Ermənistan münasibətlərinin tənzimlənməsi prosesini müzakirə ediblər.