Peruda avtobus uçuruma aşdı - 23 nəfər öldü

peruda-avtobus-ucuruma-asdi
Oxunma sayı: 961

Peruda sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Xəbərə görə, Soroçuko bölgəsindən Kajamarka şəhərinə gedən avtobus Celendin şəhər magistralında 200 metrlik uçuruma düşüb.

Qəzada 23 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 15 nəfər yaralanıb.

Celendin Bələdiyyə Başçısı Jaime Herrera ölənlərin sayının arta biləcəyini və bəzi cəsədlərin Sendamal çayına düşmüş ola biləcəyini bildirib.

Qəza yerinə çoxlu yanğınsöndürən və mülki müdafiə qrupları göndərilib.

Qəza ilə bağlı araşdırmaya başlanılacağı paylaşılıb.