Türkiyəli aktrisa Pınar Deniz meneceri Ayşe Barımın sahibi olduğu “İD Consultancy” şirkəti ilə əməkdaşlığı dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında sözügedən şirkəti izləmədən çıxarıb və başqa menecerlə razılaşıb.
Qeyd edək ki, Pınardan əvvəl Hazal Kaya və həyat yoldaşı Ali Atay da Barımla müqavilələrini sonlandırıblar.
Xatırladaq ki, Barım “Gəzi Parkı” hadisələrində iştirak iddiası ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib. Ona 22 il 6 aydan 30 ilədək həbs cəzası istənilib.
Son xəbərlər
Son Xəbərlər