“Prezident Kuboku-2025”in rəsmi paradı keçiriləcək - Video

prezident-kuboku-2025in-resmi-paradi-kecirilecek
Oxunma sayı: 1006

Aprelin 29-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, saat 14:00-dan etibarən başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı baş tutacaq.

Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək. 

Əraziyə giriş sərbəstdir.