“Qazaxıstan və Özbəkistan prezidentləri Kasım-Jomart Tokayev ilə Şavkat Mirziyoyev Moskvada keçiriləcək Qələbə Günü şənliklərinə qatılacaqlar”.
“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov yayıb.
Onun sözlərinə görə, artıq Rusiya paytaxtına gələn hər iki lider bu axşam Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə dostluq naharında bir araya gələcək, həmçinin ikitərəfli görüşlər keçirəcəklər.
Tədbirlərdə iştirak etmək üçün Slovakiyanın Baş naziri Robert Fitsonun da Moskvaya gəldiyi bildirilir. Ehtimal olunur ki, Fitso səfər çərçivəsində Ukrayna lideri Volodimir Zelenskinin mesajını Vladimir Putinə çatdıracaq və münaqişənin tənzimlənməsi yollarını müzakirə edəcək.
Xatırladaq ki, Qələbə Günü tədbirləri çərçivəsində bir sıra mühüm diplomatik görüşlərin keçirilməsi planlaşdırılır.
Son xəbərlər
Son Xəbərlər