Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri və ölkə prezidentinin investisiya-iqtisadi əməkdaşlığa dair xüsusi nümayəndəsi Kirill Dmitriev Sankt-Peterburqda ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşüb.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, görüş “Grand-Avropa” hotelində baş tutub.
Xatırladaq ki, bundan əvvəl Kremlin rəsmi sözçüsü Dmitri Peskov S.Uitkoffun hazırda Rusiyada olması barədə mediada yayılan məlumatı təsdiq edib. Peskovun sözlərinə görə, Rusiya lideri Vladimir Putinlə Trampın xüsusi nümayəndəsi arasında görüş olarsa, Kreml bu barədə məlumat verəcək.