“Qarabağ” bu mövsüm ilk dəfə Çempionlar Liqasının turnir cədvəlində ilk “24-lük”dən kənarda qalıb.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi ötən gecə keçirilən matçlardan sonra pley-off zonasını tərk edib.
Belə ki, “Qarabağ”dan geridə olan “Olimpiakos” qələbə qazanmaqla xallarının sayını 8-ə çatdırıb və 22-ci pilləyə yüksəlib.
“Napoli” və “Kopenhagen” də heç-heçə etməklə 23-24-cü pillələri bölüşürlər. Hər iki komandanın 8 xalı var.
“Qarabağ” bu komandalardan bir oyun az keçirib. Qurban Qurbanovun yetirmələri 25-ci pillədən “24-lüy”ə qayıtmaq üçün bu gün keçiriləcək “Ayntraxt”la matçda mütləq xal qazanmalıdır.
Qeyd edək ki, “Qarabağ” - “Ayntraxt” görüşü bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Son xəbərlər
Son Xəbərlər