“Qarabağ” inanaraq Leverkuzenə yollanıb”

qarabag-inanaraq-leverkuzene-yollanib
Oxunma sayı: 1723

Fransa mətbuatı Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Bayer” və “Qarabağ” klublarının Leverkuzendə keçiriləcək cavab oyunundan (ilk oyun – 2:2) yazıb. 

“Qafqazinfo” xəbər verir ki, “France24” Ağdam klubunun “Bay Arena”dakı görüşdə sona qədər mübarizə aparacağını qeyd edib:

“Ötən cümə axşamı “Qarabağ”a qalib gələ bilməyən “Bayer”ə müsbət nəticə lazımdır. “Qarabağ”ın Bakıdakı matçda şokedici iki qolluq üstünlüyündən sonra Patrik Şikin son dəqiqələrdə bərabərlik qolunu vurması leverkuzenliləri utancverici nəticədən xilas etdi və bu mövsüm məğlubiyyətsizlik seriyasını davam etdirdi. 

Liqada “Volfsburq”a 2:0 qalib gəldi. Bu nəticədən sonra Avropanın ən yaxşı komandası bütün yarışlarda 31 qələbə və 5 heç-heçə rekordu ilə öyünə bilər. “Bayer”in 30 ildən artıq müddətdə ilk kubok axtarışı son mərhələyə çatdığından, Xabi Alonso və onun oyunçuları Azərbaycan çempionu ilə 37-ci matçda məğlubiyyətsizlik seriyasının qəfil sona çatmasını görmək istəməyəcəklər. Ancaq “Qarabağ” ötən həftə 90+1 dəqiqəyə qədər almanlarla döyüşdükdən sonra hər şeyin mümkün olacağına inanaraq “Bay Arena”ya yollanıb”.

Qeyd edək ki, "Bayer" - "Qarabağ" matçı bu gecə 00:00-da başlayacaq.