Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi

qaraciyer-kocurulen-aktyorun-islemesine-icaze-verildi
Oxunma sayı: 987

Bir neçə ay öncə qaraciyər köçürülən türkiyəli aktyor Ufuk Özkan artıq çəkiliş meydançasına qayıtmağa hazır olduğunu açıqlayıb.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, aktyor sağlamlığının qaydasında olduğunu və həkimlərdən işinin başına qayıtmaq üçün lazımi razılığı aldığını bildirib.

“Səhhətim çox yaxşıdır. Son 5 aydır ki, hər gün daha da yaxşılaşıram. Həkimlər işləyə biləcəyimi dedilər. İşləmək istəyirəm”, - o deyib.

Xatırladaq ki, 2023-cü ildən qaraciyər çatışmazlığından əziyyət çəkən Özkan bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Ona donor tapılması üçün sosial mediada kampaniya başladılmışdı. Bu ilin fevralında isə onun üzərində qaraciyər transplantasiyası həyata keçirilmişdi.

Qeyd edək ki, “Hayat bazen tatlıdır”, “Geniş aile”, “Zengin kız, fakir oğlan” kimi seriallarda rol alan aktyor həm də “Ben bilmem, eşim bilir” proqramının aparıcısı olaraq tanınır.