Qaraçuxur sakini çənə buna görə düşübmüş - Video

qaracuxur-sakini-cene-buna-gore-dusubmus
Oxunma sayı: 5775

Xəbər verdiyimiz kimi, bu gün Qaraçuxurda su çəninə düşən daşı çıxartmaq istəyən şəxs çənin içində köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, Xəzər TV hadisə yerinə gedərək qonşularla söhbət edib.

Məlum olub ki, hadisə Fərman Kərimzadə küçəsi, 67 ünvanında səhər saat 7 radələrində baş verib.

Qonşuların bildirdiyinə görə, çənin üstünə qoyulan daş onun içinə düşüb, su çənini yarasız hala salıb. Ev sahibi isə daşı ordan çıxartmaq, çəni təmir etmək üçün su çəninə düşüb. 

Bildirilib ki, kişi təxminən 40 dəqiqəyə yaxın müddətdə su çənində çıxılmaz vəziyyətdə qalıb.  

Daha ətraflı videoda: