“Görüş yerini dəyişmək olmaz”ın aktyoru vəfat etdi

gorus-yerini-deyismek-olmazin-aktyoru-vefat-etdi
Oxunma sayı: 3947

Rusiyalı aktyor, kaskadyor, şair və yazıçı Vladimir Jarikov 85 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Jarikovun yaradıcı tərcümeyi-halında həm aktyor, həm də kaskadyor kimi iştirak etdiyi 80-dən çox film layihəsi var.

Onun iştirakı ilə çəkilmiş filmlər arasında “D’Artanyan və üç muşketyor”, “Görüş yerini dəyişmək olmaz”, “XX əsrin quldurları” yer alır.