Rusiya Ukrayna ilə 20 nəzarət-buraxılış məntəqəsini bağlayır

rusiya-ukrayna-ile-20-nezaret-buraxilis-menteqesini-baglayir
Oxunma sayı: 1718

Rusiya hökuməti avqustun 1-dən Ukrayna ilə müqavilə əsasında əvvəllər fəaliyyət göstərən 20 nəzarət-buraxılış məntəqəsini rəsmən bağlamaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin qərar imzalayıb.

“Avqustun 1-dən Rusiya ilə Ukrayna arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında Rusiya hökuməti ilə Ukrayna hökuməti arasında 1995-ci il 8 fevral tarixli sazişə uyğun olaraq Rusiya Federasiyasının dövlət sərhədindən keçən buraxılış məntəqələri bağlansın” - sənəddə deyilir.

Siyahıya 7 dəmir yolu və 13 avtomobil məntəqəsi daxildir.