Rusiyada bu ilin aprelin 1-dən teleqram mesenceri tamamilə bloklanacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı bir neçə mənbəyə istinadən “Baza” teleqram kanalı yayıb.
Qərarı ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) tətbiq edəcək.
Tətbiqin həm mobil internet, həm də stasionar internet sistemləri ilə işləməyəcəyi qeyd olunub.
Xatırladaq ki, “Roskomnadzor” daha əvvəl teleqram mesencerinə qarşı çox sayda məhdudiyyətlər tətbiq edib.
Son xəbərlər
Son Xəbərlər