Salyanda ağır qəza - Ölənlər var - Foto

salyanda-agir-qeza
Oxunma sayı: 2638

Bu gün Salyan rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, rayonun Noxudlu kəndi ərazisində avtomobillər toqquşub.

Nəticədə Sabirabad rayon sakinləri - 1965-ci il təvəllüdlü Vüqar Həsənqulu oğlu İmanov və 1994-cü il təvəllüdlü Coşqun Məmmədhüseyn oğlu Məmmədov həlak olub.

Hadisə zamanı xəsarət alanlar isə Sabirabad rayon sakinləri - 1985-ci il təvəllüdlü Mirzağa Həbib oğlu Məmmədov, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Fərhad qızı Məmmədova, onların qızı 2011-ci il təvəllüdlü Fatimə Mirzağa qızı Məmmədli və qəzada ölən V.İmanovun oğlu Tərlan İmanovdur.

Faktla bağlı araşdırma aparılır.