Şamaxıda bir həftədir ağacda qalan pişik xilas olundu - Foto + Yenilənib

samaxida-bir-heftedir-agacda-qalan-pisik-xilas-olundu
Oxunma sayı: 6192

Şamaxıda çinar ağacına çıxan pişik bir həftədir ki, oradan aşağı enə bilmir.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Aşıq Məmmədağa küçəsində qeydə alınıb. Belə ki, məhəllədəki pişiklərin biri yaşayış binalarının qarşısında hündürlüyü təqribən 10-15 metr olan çinar ağacına çıxıb. Aşağı enə bilməyən heyvan bir həftədir ki, ağacda ac-susuz qalıb.

Sakinlər pişiyi düşürməyə çalışsalar da, buna nail ola bilməyiblər. Onların sözlərinə görə, axşamlar pişiyin səsindən yata bilmirlər. Aidiyyəti qurumlardan xahiş ediblər ki, pişiyin ağacdan düşürülməsinə kömək olsunlar.

***

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ağacda qalan pişiyi xilas ediblər.

Mübariz Muradov