Yanacaq balonunu kəsərkən həyatından oldu

yanacaq-balonunu-keserken-heyatindan-oldu
Oxunma sayı: 1061

Kürdəmir sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Sığırlı kənd sakini, 1983-cü il təvəllüdlü Ramal Məmmədov yaşadığı evin həyətində kəsici alətlə yanacaq balonunu kəsərkən partlayış olub.

Ağır xəsarət alan R. Məmmədov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev