Melikov Dağıstan rəhbəri vəzifəsindən azad edildi

melikov-dagistan-rehberi-vezifesinden-azad-edildi
Oxunma sayı: 1091

Rusiya Prezidenti Vladimir Putin Sergey Melikovu Dağıstan rəhbəri vəzifəsindən vaxtından əvvəl azad edib. 

“Qafqazinfo” xəbər verir ki, Rusiya dövlət başçısı bu barədə Fərman imzalayıb.

Sənədə əsasən, Melikov öz istəyi ilə vəzifəsindən azad edilib.

Eyni Fərmanla respublika rəhbəri vəzifəsi müvəqqəti olaraq Dağıstan Ali Məhkəməsinin keçmiş sədri Fyodor Şukinə həvalə olunub.

Sənəd bu gün qüvvəyə minib.

Xatırladaq ki, Sergey Melikov 2020-ci ildən Dağıstana rəhbərlik edib. Onun səlahiyyət müddəti sentyabrda başa çatırdı.