Şəhid və qazi ailələrinin 11 üzvü vətəndaşlığa qəbul edilib - Foto

sehid-ve-qazi-ailelerinin-11-uzvu-vetendasliga-qebul-edilib
Oxunma sayı: 2520

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan vətəndaşlığını qəbul etmək istəyini bildirən 11 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri vətəndaşlığa qəbul edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib. 

O, həmçinin Prezident tərəfindən 245 nəfərin Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilməsi ilə bağlı sərəncamlar imzalandığını da diqqətə çatdırıb. Qeyd edib ki, sərəncamların icrası ilə bağlı Dövlət Miqrasiya Xidmətində və regional miqrasiya idarələrində andiçmə mərasimləri keçirilib.