ABŞ Prezidenti Donald Tramp öz vəsaiti hesabına Ağ Evin interyerini yeniləyir.
“Qafqazinfo” xəbər verir ki, Amerika lideri bu barədə “Atlantic” jurnalına müsahibəsində bildirib.
“Bəli, mən bunu özüm edirəm. Oraya baxın, yuxarını görürsünüz? Hamısı Mar-a-Laqodandır... Bunların hamısı 24 karatlıq qızıldır. Maraqlıdır ki, insanlar heç vaxt qızıla bənzəyən boya icad etməyiblər”, - Tramp deyib.
O həmçinin bildirib ki, Ağ Evin otaqlarından birinin çilçırağını yeniləmək istəyir. Lakin hələlik o, “Çin və Rusiya ilə çox məşğuldur”.
Tramp əlavə edib ki, təmirdən sonra Oval kabinet lazım olduğu kimi görünməyə başlayıb.