Ötən ay baş verən yol nəqliyyat hadisəsi nəticəsində başından xəsarət alan 10 yaşlı Sərxanın vəziyyəti açıqlanıb.
Mərkəzi Klinik Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, xəstə Pediatrik reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti orta-ağır stabil olaraq qalır.
Qeyd edək ki, dekabrın 25-də Bakının mərkəzi küçələrindən birində yol nəqliyyat hadisəsi baş verib. Bu zaman piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.
Son xəbərlər
Son Xəbərlər