“SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın baş verməsi barədə bəzi media resurslarında yayılmış xəbərlər həqiqəti əks etdirmir və belə bir yanğın baş verməyib”.
Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
“Media subyektlərindən məlumat yayarkən rəsmi qurumlarla dəqiqləşdirmə aparılmasını bir daha xahiş edirik”, - məlumatda qeyd edilib.
***
Medianın İnkişafı Agentliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb.
“Bəzi onlayn media subyektlərinin SOCAR-ın Sumqayıtdakı zavodlarının birində yanğın hadisəsinin baş verməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.
Media subyektlərini məlumat yayarkən “Media haqqında” Qanunun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq.
Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.
Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq”, -məlumatda vurğulanıb.