Suqovuşanda qadın bıçaqlandı - Şübhəli şəxs oğludur-Yenilənib

suqovusanda-qadin-bicaqlandi
Oxunma sayı: 3112

Ağdərə rayonunda bıçaqlanma hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Suqovuşan kəndində baş verib.

Məlumata görə, Ələkbərova Məhbubə Əyyub qızı oğlu tərəfindən bıçaqlanıb.

Qadın xəstəxanaya aparılıb.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

***

Keçirilən tədbirlər nəticəsində 2005-ci il təvəllüdlü Vüqar Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ziya Əmirxanlı