Şuşada Prezidentin iştirakı ilə Forum keçirildi - Video-Fotolar-Yenilənib

susada-prezidentin-istiraki-ile-forum-kecirildi
Oxunma sayı: 3352

Prezident İlham Əliyevin iştirakı ilə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq.

“Qafqazinfo” xəbər verir ki, açılışı Azərbaycan liderinin sosial media hesablarından izləmək mümkün olacaq.

“Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!

***

Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb.

İki gün davam edəcək forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir.

***

Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib, Forum iştirakçılarının suallarını cavablandırıb.