Kəlbəcərdə azyaşlı uşaq çaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb.
Belə ki, 11 yaşlı Z.Abutalıbov çaya düşüb.
Hazırda yeniyetmənin axtarışları davam etdirilir.
***
Məlumata görə, Çəpli kəndi ərazisində çaya düşən 2015-ci il təvəllüdlü Z. Abutalıbov Bərdə rayon sakinidir.
İlkin xəbərə görə, onun yaxınları Kəlbəcər rayonuna təsərrüfatlarını gətirib. Z. Abutalıbov da Kəlbəcərə yaxınlarının yanına istirahətə gəlibmiş.
Hazırda onun axtarışları davam edir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər