Fransada güclü isti hava şəraiti səbəbindən üç atom elektrik stansiyasının reaktoru müvəqqəti olaraq dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Les Echos” nəşri məlumat yayıb.
Məlumata görə, daha səkkiz reaktorda elektrik enerjisinin istehsalı azaldılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl də Fransada atom elektrik stansiyalarından birinin reaktoru isti hava səbəbindən fəaliyyətini müvəqqəti dayandırmışdı.
Son xəbərlər
Son Xəbərlər