Son 38 ildə ilk dəfə - Seçkilərin tarixi açıqlandı

son-38-ilde-ilk-defe
Oxunma sayı: 675

İsraildə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bildirilib ki, səsvermə son 38 ildə ilk dəfə qanunla müəyyən edilmiş müddətdə baş tutacaq. 

Belə ki, əvvəlki illərdə parlament seçkiləri vaxtından əvvəl təyin olunurdu.

Məlumata görə, hazırkı hökumət son 53 ildə səlahiyyət müddətini tam başa vuran ilk hökumət olacaq.

Sorğuların nəticələrinə əsasən, ölkədə ən yüksək dəstəyə Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyası malikdir. Bununla belə, partiyanın təkbaşına hökumət formalaşdırmaq üçün kifayət qədər mandat qazanacağı gözlənilmir. Hətta potensial koalisiya tərəfdaşları ilə birlikdə də Knessetdə mütləq çoxluğu əldə etməsi sual altındadır.

Qeyd edək ki, 1996-cı ildə ilk dəfə Baş nazir seçilən Benyamin Netanyahu yenidən bu vəzifəyə namizəd olacağını açıqlayıb. Bununla yanaşı, bəzi siyasi ekspertlər onun builki seçkilərdə liderliyini itirə biləcəyini istisna etmirlər.