Tehranda pravoslav kilsəsi qarət edildi

tehranda-pravoslav-kilsesi-qaret-edildi
Oxunma sayı: 362

Tehranda naməlum şəxslər Rus Pravoslav Kilsəsinin (ROK) Müqəddəs Nikolay Katedralindən bir neçə ikona oğurlayıblar.

“Qafqazinfo” xəbər verir ki bu barədə Rusiyanın İrandakı səfirliyi məlumat yayıb.

Qeyd edilir ki, oğurluğun baş verdiyi kilsə İranın ən qədim kilsələrindən biridir, ölkənin paytaxtında isə yeganədir.

Rusiya diplomatik missiyası bu cinayəti törədənləri “bu günahı öz üzərlərinə götürməməyə” və oğurlanmış ikonaları kilsəyə qaytarmağa çağırıb.