Turanın meyiti tapıldı

turanin-meyiti-tapildi
Oxunma sayı: 1534

İyunun 7-də Araz çayında batan Turan Mirişlinin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, çayın İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti  FHN-in dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.