Təqvimi dəyişən tarix - 8 Noyabr - Zəfər Günü

teqvimi-deyisen-tarix
Oxunma sayı: 2033

Sentyabrın 27-dən başlayan və 44 gün davam Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.

Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Bu Zəfər Müharibəsində Ordumuzla yanaşı çiyin- çiyinə tibb işçilərimiz də savaşdı. Onlarla, yüzlərlə həkimlərimiz, tibb işçilərimiz könüllü şəkildə bu müharibəyə qoşuldular, yaralı hərbçilərimizi həyata qaytarmaq, şəhid sayının minimum olması üçün öz həyatlarını təhlükəyə atıb güllənin, mərminin altında vəzifələrini icra etdilər.

8 Noyabr Zəfər Günündə Vətən Müharibəsində iştirak edən “Referans Medical Group”un  həkimlərinin   bəziləri müharibə günləri haqqında xatirələrini, unudulmaz anlarını və qürur hissi ilə yad etdikləri qəhramanlıqlarını bizimlə bölüşüb. Bizdə bu xatirləri hər birinizlə paylaşmaq istədik.