Tramp Çindən əliboş qayıtdı - KİV

tramp-cinden-elibos-qayitdi
Oxunma sayı: 816

ABŞ Prezidenti Donald Trampın Çinə reallaşdırdığı üçgünlük dövlət səfəri ticarət və İran məsələlərində gözlənilən ciddi irəliləyişlər olmadan başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin materialında qeyd olunur ki, Tramp “Boeing” təyyarələrinin satışı kimi ani biznes qazanclarına can atsa da, Çin sədri Si Cinpin Vaşinqtonla sabit ticarət əlaqələrini saxlamaq üçün uzunmüddətli sazişlərdən danışaraq prioritetlərin fərqli olduğunu vurğulayıb. Si Cinpin ABŞ-Çin münasibətlərini təsvir etmək üçün yeni – “konstruktiv strateji sabitlik” terminini təklif edib. Bu ifadə Co Baydenin Pekin tərəfindən bəyənilməyən “strateji rəqabət” formuluna qarşı bir addım kimi qiymətləndirilir.

Xatırladaq ki, mayın 13-də Pekinə gələn Tramp buradakı görüşlərini “inanılmaz” adlandırmış və “fantastik ticarət müqavilələri” imzalandığını bəyan etmişdi. Səfər zamanı Si Cinpin Trampı iki güclü dövlət arasında qaçılmaz müharibəni ifadə edən “Tukidid tələsi”nə düşməməyə çağırmışdı.