Ukrayna Moskvaya kütləvi PUA hücumu etdi - Yenilənib

ukrayna-moskvaya-kutlevi-pua-hucumu-etdi
Oxunma sayı: 7167

Ukrayna tərəfindən Rusiyanın paytaxtı Moskvaya kütləvi PUA hücum olub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva regionunun səmasında 30-dan çox pilotsuz uçuş aparatı vurulub.

Bu, ən çox Moskva vilayətinin Ramenskoe, Kolomna və Domodedovo şəhərləri üzərində qeydə alınıb.

Bununla əlaqədar Moskvanın Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarına təyyarələrin qəbulu və buraxılmasına qısa müddətlik məhdudiyyət qoyulub və daha sonra aradan götürülüb.

***

Rusiya Müdafiə Nazirliyi Ukraynanın kütləvi dron hücumu ilə bağlı məlumat yayıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə 70 PUA hücumu gerçəkləşdirib.