Vuçiçi hazırda o əvəzləyir - Müzakirə mövzusu oldu

vucici-hazirda-o-evezleyir
Oxunma sayı: 769

Serbiyanın keçmiş parlament sədri Ana Brnabiç sentyabrın 28-də Aleksandar Vuçiçin istefasından sonra ölkənin müvəqqəti prezidenti kimi vəzifəsinin icrasına başlayıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Serbiya açıq şəkildə lezbiyan olduğunu bəyan edən siyasətçinin müvəqqəti prezident vəzifəsini tutduğu ilk Balkan ölkəsi olub.

Brnabiç 2017-ci ildə Serbiyanın ilk qadın və ilk açıq lezbiyan baş naziri olmuşdu. O, Vuçiçin istefasından sonra yeni prezident seçilənədək dövlət başçısının səlahiyyətlərini icra edəcək.

Serbiyada prezident seçkisinin 90 gün ərzində keçirilməsi nəzərdə tutulur. Bu səbəbdən Brnabiçin müvəqqəti prezident kimi uzun müddət vəzifədə qalması gözlənilmir.

Brnabiç LGBTQ+ fəalları tərəfindən də tənqid olunub. Onlar eynicinsli münasibətdə olan və partnyoru ilə birlikdə oğul böyüdən siyasətçinin Serbiyada LGBTQ+ bərabərliyinin genişləndirilməsi istiqamətində kifayət qədər addım atmadığını bildiriblər.

Bununla yanaşı, Brnabiç 2017-ci ilin sentyabrında Belqradda keçirilən “Pride” yürüşünə qatılaraq tədbirdə iştirak edən ilk Serbiya baş naziri olub. O zaman siyasətçi hökumətin bütün vətəndaşların hüquqlarına hörmət edilməsini təmin edəcəyini bildirib.

Serbiyada eynicinsli nikahlar qanunla tanınmır. Eyni zamanda, eynicinsli cütlüklərin övladlığa uşaq götürməsinə də icazə verilmir.

Brnabiçin müvəqqəti prezident vəzifəsinə gəlməsi isə Balkanlarda LGBTQ+ icmasının siyasi təmsilçiliyi baxımından müzakirələrə səbəb olub.