“Xoş gəldin, ata”

xos-geldin-ata
Oxunma sayı: 12804

Azərbaycan Premyer Liqasının XXXI turun son oyunu olan “Araz-Naxçıvan” – “Səbail” qarşılaşmasında “Səbail”in futbolçusu Ağabala Ramazanovun qızı uzunsürən zədədən sonra yaşıl meydanlara dönən atasına pankart açıb.

“Qafqazinfo” xəbər verir ki, pankartda ingiliscə “Welcome back, papa” (Xoş gəldin, ata) sözləri yazılıb.

Xatırladaq ki, ötən il “Səbail” - “Turan Tovuz” matçının 45-ci dəqiqəsində Ağabala Ramazanov rəqib futbolçu ilə toqquşan zaman huşunu itirmişdi. O, ambulansla xəstəxanaya aparılmışdı.