Yığmamız Moldova ilə üz-üzə

yigmamiz-moldova-ile-uz-uze
Oxunma sayı: 698

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, yığmamız Bakı İdman Sarayında Moldova seçməsini qəbul edəcək.

Saat 19:00-da start veriləcək oyun azarkeşlər və media üçün qapalı olacaq.

AÇ-nin seçmə mərhələsi

4 mart

Azərbaycan – Moldova

Hakimlər: Giulio Kolombin (İtaliya), Daniel Dadamo (San-Marino), Əli Cəbrayılov (Azərbaycan).

Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan).

Hakim-inspektor: Petrou Antonis (Kipr).

UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan).

Bakı İdman Sarayı. Saat 19:00.