“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, MSK-nın “Bələdiyyə seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları haqqında Təlimat”ının 3-cü bəndində xüsusi seçki hesablarının yalnız Azərbaycan Beynəlxalq Bankı ASC-nin və ya onun filiallarında açılması nəzərdə tutulub. Bəzi seçki dairələrinin ərazisində qeyd edilən bankın filiallarının olmaması və ya münasib yerdə yerləşməməsi səbəbindən, digər bankın (Kapital Bank ASC) da imkanlarından istifadə etmək zərurəti yaranıb. Bununla əlaqədar olaraq yuxarıda adı çəkilən Təlimatın 3-cü bəndinə dəyişiklik edilməli və Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.