İtaliya parlamentində Baş nazirə belə etiraz etdi - Video

italiya-parlamentinde-bas-nazire-bele-etiraz-etdi
Oxunma sayı: 1981

İtaliya parlamentində gözlənilməz hadisə baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Piu Europa” partiyasının katibi Rikkardo Macci Baş nazir Ciorcia Meloniyə qeyri-adi formada etiraz edib.

Belə ki, Macci başına mələfə keçirərək parlamentə gedib. O, vətəndaşlıq və əmək qanunvericiliyi ilə əlaqədar 5 məsələ ilə bağlı iyunun 8-9-da keçiriləcək referenduma görə Baş nazirin ünvanına qınaqlar səsləndirərək onun dayandığı kürsüyə doğru irəliləyib.

Nəticədə Macci parlamentdən xaric edilib. Onu otaqdan çıxararkən Meloni təbəssümlə prosesləri izləyib və telefonunda lentə alıb.