İclasdan qayıdan Putin yolüstü aptekə girdi - Video

iclasdan-qayidan-putin-yolustu-apteke-girdi
Oxunma sayı: 9640

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda iclasdan qayıdarkən yolüstü Puşkin rayonundakı əczaxanalardan birinə baş çəkib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, prezidenti səhiyyə naziri Veronika Skvortsova və Peterburqun müvəqqəti qubernatoru Aleksandr Beqlov müşayiət edib.

Putin ilkin tibbi ehtiyac zamanı lazımi dərman vasitələrinin olub-olmaması və qiyməti ilə maraqlanmaq üçün aptekə gəldiyini bildirib. Əczaçı rayonun tarixi görünüşü səbəbindən burada aptekin olduğunu bildirən qırmızı xaç işarəsini qoya bilmədiklərindən şikayətlənib. Beqlov tezliklə məsələni yoluna qoyacağını söyləyib.

Prezidentin ətrafına toplanmış gənclərdən biri ona “Elə bildik, xəstələnmisiniz” deyib. Prezident isə cavabında “Yox, Allaha şükür” deyib.