Maşın xırdabuynuzlu heyvanlara çırpıldı - Xəsarət alan var

masin-xirdabuynuzlu-heyvanlara-cirpildi
Oxunma sayı: 236

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində olub.

İlkin məlumata görə, sürücü avtomobili xırdabuynuzlu heyvanlara çırpıb.

Qəza zamanı bir nəfər - 2002-ci il təvəllüdlü Murad Hüseynov xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev