Azərbaycanı dünya çempionatında bu şahmatçılar təmsil edəcək

azerbaycani-dunya-cempionatinda-bu-sahmatcilar-temsil-edecek
Oxunma sayı: 178

Noyabrın 18-dən 27-dək Venesuelanın Karakas şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan sözügedən turnirdə iki idmançı ilə mübarizə aparacaq.

Ölkəmizi bu mötəbər yarışda Avropa (U-14) və dünya (U-16) çempionatlarının qalibi Xaqan Əhməd və Lalə Hüseynova təmsil edəcəklər.