Yevlaxda ağır qəzada 2 nəfər öldü - Foto

yevlaxda-agir-qezada-2-nefer-oldu
Oxunma sayı: 242

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı Naftalan şəhər sakinləri - 2000-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tural Əliyev həyatlarını itirib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı