Braziliya 7:0 hesablı qələbə qazandı

braziliya-70-hesabli-qelebe-qazandi
Oxunma sayı: 233

Braziliya milli komandası yoldaşlıq görüşü keçirib.

“Qafqazinfo” xəbər verir ki, Karlo Ançelottinin rəhbərlik etdiyi yığma Sinqapurla üz-üzə gəlib. 

Cənubi amerikalılar bu görüşdə 7:0 hesablı qələbəyə sevinib. 

Oyunda Vinisius Junior het-trik edib. O, 9, 15 və 21-ci dəqiqələrdə fərqlənib. Endrik 31-ci, Estevao 51-ci, Rayyan isə 65-ci dəqiqədə qol vurub. Sinqapur millisinin müdafiəçisi Raul Suhaymi 74-cü dəqiqədə avtoqol müəllifi olub.