Mendeleyevin ən qədim cədvəli tapıldı

mendeleyevin-en-qedim-cedveli-tapildi
Oxunma sayı: 3860

Şotlandiyanın Sent-Endryus universitetində kimyəvi elementlərin ən qədim dövri cədvəli tapılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Dmitri Mendeleyevin cədvəlinin ilkin versiyası doktor Alan Aytken tərəfindən laboratoriyada yır-yığış zamanı tapılıb. Cədvəl avadanlıqların arasında aşkarlanıb. Beynəlxalq ekspertlər qrupu tapıntını 1885-ci ilə aid edirlər. Cədvəl 1875-1888-ci illərdə fəaliyyət göstərən Vyana mətbəələrinin birində hazırlanıb.

Əlyazmaların birində litoqrafiya müəllifinin 1890-cı ildə öldüyü yazılıb. Cədvəldə qallium və skandium elementləri göstərilib.