Hacıqabulda 62 yaşlı kişi öldürüldü - Kürəkəni tutuldu

haciqabulda-62-yasli-kisi-olduruldu
Oxunma sayı: 203

Hacıqabulda qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 62 yaşlı Davud Abbasov bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun kürəkəni 42 yaşlı Asim İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.