11 yaşlı qız anası ilə sığınacağa yerləşdirildi

11-yasli-qiz-anasi-ile-siginacaga-yerlesdirildi
Oxunma sayı: 3555

İmişlidə hamilə qalıb uşaq dünyaya gətirən 11 yaşlı zərərçəkmiş qız Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilib.

Bu barədə “Qafqazinfo”ya Agentliyin Mətbuat xidmətinin rəhbəri Murad Həşimov məlumat verib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın psixo-sosial vəziyyətini qiymətləndirərək, onun reabilitasiyası istiqamətində fəaliyyətə başlayıb:

“Uşağın maraqlarını qorumaq məqsədilə dövlət sığınacağına yerləşdirilməsi qərara alınıb və o, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçiriləcək. Burada onun sosial, psixoloji və digər təlabatları qarşılanacaq. Uşağın sosial reabilitasiyası müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Onu da deyək ki, azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanılıb”.

Qeyd edək ki, Baş Prokurorluğun bu gün yaydığı məlumata əsasən, azyaşlını zorlama faktı üzrə atalığı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Günel Türksoy

Həmçinin oxuyun: 11 yaşlı qızı zorlayan atalığı həbs edildi