Boşanacaqdılar, barışdılar

bosanacaqdilar-barisdilar
Oxunma sayı: 1981

Müğənni Kardi Bi boşanmaq ərəfəsində olan həyat yoldaşı, reper Offset ilə barışıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, cütlük yenidən kamera qarşısında səmimi görüntüləniblər.

Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Ötən il Kardi reperdən ayrıldığını, bir neçə ay öncə isə boşanmaq üçün rəsmi müraciət etdiyini açıqlamışdı.