Adı lüğətə salınacaq

adi-lugete-salinacaq
Oxunma sayı: 4278

Amerikalı müğənni Beyonsenin adı Fransanın “Le Petit Larousse illustré” ensiklopedik lüğətinin 120-ci nəşrində yer alacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Ulduzun adının yanındakı təsvirdə “Amerikalı R&B və pop müğənnisi” sözləri qeyd olunacaq.

Nəşrin məlumatına görə, Beyonse ilə yanaşı, aktrisa Keyt Blanşett, aktyor Omar Si, rejissor Kristofer Nolan və reqbiçi Antuan Düponun adı da lüğətə əlavə olunacaq.