ABŞ-nin Kanzas ştatında 11 yaşlı Korbin Bullard qədim dəniz sürünəni olan tilozavrın skeletini aşkarlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Məlumata görə, geologiya klubunun üzvü olan məktəbli növbəti ekskursiyalardan biri zamanı daş karxanasında bir neçə fəqərə sümüyü tapıb. O, dərhal bunun böyük bir canlıya aid olduğunu anlayıb.
Bir neçə ay davam edən qazıntılar nəticəsində təxminən 85 milyon il əvvəl yaşamış, uzunluğu 4,5 metrə çatan nəhəng dəniz sürünəninin qalıqları üzə çıxarılıb.
Bildirib ki, qazıntı iştirakçıları fosilin qeyri-adi vəziyyətdə olduğunu da müəyyən ediblər. Belə ki, tilozavrın başının qeyri-adi vəziyyətdə olduğunu bildiriblər.
Korbin iyul ayında tapdığı tilozavrın kəllə sümüyünü sərgidə nümayiş etdirəcək. Lakin qalıqların sonrakı taleyi hələ məlum deyil. Çünki onlar şəxsi torpaq sahəsində tapılıb və torpaq sahibinə məxsusdur.




Son xəbərlər
Son Xəbərlər