Qarabağ zəfərinə həsr olunan yürüş keçirildi - Vali bu görüntüləri paylaşdı

qarabag-zeferine-hesr-olunan-yurus-kecirildi
Oxunma sayı: 70

Türkiyənin Iğdır şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin altıncı ildönümünə həsr olunmuş yürüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Iğdır Valiliyinin təşkilatçılığı ilə keçirilən tədbirə iki minə yaxın iştirakçı qatılıb.

Onlar arasında Iğdır valisi Fırat Taşolar və həyat yoldaşı Didem Taşolar, eləcə də Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, eləcə də türkiyəli siyasətçilər və Azərbaycan vətəndaşları olub. 

Əllərində Türkiyə və Azərbaycan bayraqları olan yürüş iştirakçıları iki ölkənin dostluğuna dair şüarlar səsləndiriblər.

Iğdır valisi Fırat Taşolar sosial şəbəkə hesablarında yürüşə dair görüntülər paylaşıb.

Həmin görüntüləri təqdim edirik: