13 yaşlı oğlan qıcolmadan öldü - Yenilənib

13-yasli-oglan-qicolmadan-oldu
Oxunma sayı: 1542

Şəmkir rayonunda 13 yaşlı oğlan qıcolmadan vəfat edib. 

“Qafqazinfo”nun məlumatına görə, rayonun Dəllər qəsəbə sakini 2013-cü il təvəllüdlü Y. Məmmədovun səhhəti hamamda pisləşib və qıcolma baş verib. Nəticədə o, boğularaq ölüb. 

Faktla bağlı araşdırma başlanılıb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 16:50 radələrində 2013-cü il təvəllüdlü (kişi) azyaşlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.

Ölüm faktı qeydə alınan azyaşlının meyidi ailəsinə təhvil verilib.

Yunis Quliyev